Rusiyanın Qarabağdakı sülhməramlı hərbi kontingentinin komandanı Rüstəm Muradov və Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan arasında görüş keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə həmçinin başqa yüksək rütbəli hərbçilər iştirak edib.

İtkin düşənlərin axtarışı və əsir dəyişdirilməsi mövzularının müzakirə olunduğu bildirilir.