Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsininin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.