Rusiyanın Moskva vilayətindəki xəstəxanalardan birində texniki qəza baş verib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində oksigen balonlarında nasazlıq yaranıb. Xəstələrin oksigenlə təmin olunması dayanıb. Problemlər yaşanıb.
Nəticədə 3 xəstə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.