Siyəzən Rayon Polis Şöbəsinə fevralın 10-da Qərəh kəndi ərazisində kənd sakini R.Şıxəliyevin xuliqanlıq zəminində Xızı rayon sakini C.İslamov istiqamətində ov tüfəngindən atəş açması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxəliyev saxlanılıb və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülü.