Şəmkir sakini sirkə turşusundan zəhərlənib.
Unikal.org xəbər verir ki, 1970-ci il təvəllüdlü İsmayıl Hüseynov sərxoş halda sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
İ.Hüseynova tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, o səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır (report).