Bakıda mənzildə qadın meyiti tapılıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, hadisə Nizami rayonu ərazisində yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və orada aşkarlanan 1965-ci il təvəllüdlü Dadaşova Şəfaqət Ağasət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.