Bakıda yol qəzası olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.