Qarabağda axtarışlar nəticəsində daha 4 erməni hərbçinin cəsədi tapılıb.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Qubadlı rayonu ərazisində aşkar edilib. Ölənlərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub.
Axtarış işləri fevralın 15-də davam etdiriləcək.

Qeyd edək ki, müharibədən sonra Qarabağda itkin düşmüş hesab olunan 1378 erməni hərbçisinin meyiti tapılıb.