Bu gün Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov intihar edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov bildirib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi, həmin kollecin TGT sədri olub:
"Hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirib həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur".
***13:20
Ağcabədidə intihar hadisəsi olub.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının sədri Ramil Axundov həyatına qəsd edib.
Gəncin hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.