Bakıda minik avtomobilində yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə  paytaxtın Babək prospektilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. Həmin vaxt ərazidə xidmət aparan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ətrafdakıların köməkliyilə yanğının qarşısını ala bilib. Xidməti avtomobildə olan yanğın söndürən vasitəsilə müdaxilə edən BNA əməkdaşları vətəndaşa məxsus avtomobilin alovlanmasına imkan verməyib.