Yağan güclü qar nəticəsində Şəmkir - Gədəbəy yolu, xüsusən də Yasamal aşırımlarında maşınların hərəkətində çətinlik yaranıb.

Unikal.org xəbər verir ki, bunu açıqlamasında DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

"Sürücülərdən xahiş olunur ki, bu yoldan maksimum az istifadə etsinlər. İstifadə edərkən də, təhlükəsizlik qaydalarına əməl etsinlər", - deyə qurum rəsmisi qeyd edib.