İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)