Sabirabad rayonunda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb.

Unikal.org  xəbər verir ki, hadisə Sabirabad rayonunun Xəlfəli kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı minik maşınının toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır (apa).