Nigeriyanın Kaduna əyalətində silahlı şəxslərin hücumu nəticəsində 16 nəfər ölüb.
Unikal.org xarici KİV-ə xəbər verir ki, naməlum silahlı şəxslər əyalətin Zanqon Kataf və Kurmin Qandu kəndlərinə hücum ediblər. Nəticədə 16 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.