Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Məlikli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Məlumata görə, H.Həsənov ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi.