Hindistanda motosiklet qəzasında 27 yaşlı gənc həyatını itirib.
Unikal.org xəbər verir ki, hadisə Mahalingapur qəsəbəsində qeydə alınıb. Həyatını itirən gəncin cəsədi tibbi ekspertiza üçün morqa yerləşdirilib. Bir müddət sonra həkimlər onun cəsədini masaya qoyaraq yarmağa başlayıblar.
Bu zaman həkimlər şoka düşüb. Gənc dirilərək masadan qalxıb. Hər kəsi şoka salan 27 yaşlı hindistanlı xəstəxanada müalicə alır. Həkimlər onun kliniki ölüm keçirdiyini bildiriblər.