Balakən rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, rayonun Kortala kəndi ərazisində kənd sakini M.Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.