Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.