Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Unikal.org dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir:
***
10:20
Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.