Almaniyanın "Mercedes-Benz" şirkəti alovlanmaya səbəb ola biləcək qüsur səbəbindən 264 mindən artıq avtomobili geri çağırır.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

Alman Federal Avtomobil Nəqliyyatı İdarəsindən verilən məlumatına əsasən, geri 2016-2020-ci illərdə istehsal edilən 264 393 ədəd "C-" və "GLC-" sinfinə aid avtomobillər çağırılır.