Türkiyədə dövlət himninin qəbul edilməsinin 100 illiyi qeyd olunur.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, himn 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qəbul olunub.

"İstiqlal marşı" adlanan himnin sözlərinin müəllifi Mehmet Akif Ərsoydur. Musiqini isə Osman Zeki Üngör bəstələyib. Himn 1932-ci ildə yenidən orkestr versiyasında hazırlanıb.