Gürcüstanla Rusiya arasında Yuxarı Lars yolu bağlanıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, səbəb ekstremal hava şəraitidir. Hazırda bütün növ nəqliyyat vasitələri üçün yol bağlıdır.

Böyük Qafqaz dağlarında yerləşən tarixi Dəryal keçidindən keçən bu yol "Hərbi Gürcüstan yolu" da adlandırılır. Dağlıq ərazilərdən keçən yoldə hərəkət ilin soyuq dövründə tez-tez məhdudlaşdırılır. Olduqca təhlükəli relyefə malik bölgə olan bu regionda mütəmadi olaraq qar uçqunları müşahidə olunur.

Qeyd edək ki, Ermənistanla Rusiya arasındakı kommunikasiya və logistika əlaqələri də bu yolla təmin olunur.