Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Ağrı bölgəsinin Doğubayazıt ilçəsində baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 4 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat yoxdur.