Belarus prezidenti Aleksandr Lukaşenko yerli vaksin istehsalından danışıb.

Unikal.org "BELTA"ya istinadən xəbər verir ki, Belarusda koronavirusa qarşı vaksin istehsalına başlamaqla bağlı işlər görülür. Ölkə prezidenti A.Lukaşenko artıq istehsalın anonsunu verib.

"İlin ikinci yarısından öz vaksinimizi istehsal edəcəyik", - deyə Lukaşenko bildirib. Onun sözlərinə görə, mart ayının sonundan etibarən yerli istehsalın ilk mərhələsi başlanacaq.

Qeyd edək ki, Belarus Rusiya ilə müştərək vaksin istehalı barədə razılığa gəlmişdi.