Avstraliyada 4 körpəsini boğaraq öldürməkdə günahlandırılan qadının məhkəməsi yenidən baş tutub. 

Unikal.org xəbər verir ki, cinayət hadisəsi 2003-cu ildə qeydə alınıb.  Bundan sonra qadın 40 il müddətində azadlıqdan məhrum olunub. Lakin dünyada "cani ana" damğası ilə yaşayan qadın dəfələrlə körpələrini öldürmədiyini  etiraf edib. 18 illik aparılan aşardırmada qadının günahsız olduğu ortaya çıxıb. 

Belə ki, alimlər apardıqları araşdırmalarda 4 uşağın hamısında ani uşaq ölümünə səbəb ola biləcək çox nadir görülən "CALM2" mutasiyasını aşkar ediblər.  Bundan sonra qadın yenidən məhkəmə zalına gətirilib. Beləliklə o,  18 ildən sonra azadlığa qovuşub.