Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin veb saytına edilən kiber hücumlarla bağlı açıqlama verib. 

Unikal.org xəbər verir ki, Peskov kiber hücumların hər gün artdığını qeyd edib. 

“Sayta bir neçə DDoS hücumu baş verib. Bu hücumları ölkəmizdən etmək mümkün deyil, hətta ölkəmizdə heç kim bunu edə bilməz”, - deyə o, ifadə edib.