İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Serxio Romero karyerasını Argentinada davam etdirməyə yaxındır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə "Boka Xuniors" maraqlanır.
Argentinalı oyunçunun yayda azad agent kimi bu kluba keçəcəyi gözlənilir.
Qeyd edək ki, Serxio Romeronun "Mançester Yunayted"lə müqaviləsi iyunda başa çatacaq. O, 2015-ci ildən "qırmızı-şeytanlar"ın formasını geyinir.