Əfsanəvi ingilis futbolçu Paul Qaskoynin oğlu Reqan Qaskoyn verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.
Unikal.org xəbər verir ki, İtalyanın "Canale 5" kanalında verlişlərin birinə qonaq Reqan bir müddət əvvəl küslü olduğu atası ilə münasibnətlərindən danışıb:
"İndi əla münasibətimiz var. Keçmişdə bəzi problemlərimiz oldu. Onları geridə qoyduq. Atamla hər andan zövq almağa çalışırıq".
Həm rəqqas, həm də model olan Reqan Qaskoyn sevgililəri barədə açıqlama verib:
"Keçmişdə həm kişilərlə, həm də qadınlarla münasibətlərim oldu. Mən biseksualam. Bu durumu atamla da danışdım. Mənə hər şeydən əvvəl çox xoşbəxt olmağımı söylədi. Buna görə atama minnətdaram. Bunu problemsiz qəbul etdi və məni rahatladı".