Bir neçə gündür ki, Azərbaycanda bağçaların bağlanıb, bağlanmayacağı insanlar arasında çaşqınlıq yaradırdı.

Unikal.org xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Belə ki, aprelin 3-də təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğuladı. 

Qeyd edək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. 

FOTOLAR: Müzəffər İsmayılov