İspaniyanın Kastilya Dizayn İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Dizayn sahəsi üzrə təhsil alan iki tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Kastilya Dizayn İnstitutunda təhsil alacaq.

Unikal.org xəbər verir ki, təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında açıq müsabiqə elan edir. Müsabiqədə hal-hazırda Dizayn ixtisası üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində [email protected] ünvanına göndərə bilərlər.