“Real”ın futbolçusu Rafael Varanda koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransız müdafiəçinin koronavirus testi müsbət çıxıb.
“Real” bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Liverpul”u qəbul edəcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Varan La Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” matçını da buraxacaq.