İdmançıya və  idman xadiminə xas olmayan anlar hər zaman mətbuatın gündəmini zəbt edib.Bu hallar bizim idmançılar arasında da olur. 

Unikal.org bu dəfə dopinqdə "ilişdiyiyinə" görə yox, digər qamaqallarla gümdəmə gələn azərbaycanlı idman xadimi və idmançıları təqdim edir:

*2019-cu martında Amerikada keçirilən yeniyetmələrdən ibarət dünya birinciliyi zamanı Oqtay Muxtarov fürsətdən istifadə edərək kazinoların birinə daxil olub və qumar aparatlarından birinin qarşısında əyləşərək bir neçə dəfə "şansını sınayıb".

Azərbaycan Ağır Atletika Federasiyasının yeniyetmələrdən ibarət baş məşqçisi Oqtay Muxtarov o zaman komanda rəisi idi. 

Ağır atletika millisinin "komanda rəisi" Amerikada kazinoda - Foto

*Boks üzrə dünya çempionu Elvin Məmişzadə 2017-ci ildə  gecə klubunda dava saldığı üçün mətbuatın gündəminə gəlmişdi. 
İdmançı Bakıda “Sahil” metro stansiyası yaxınlığındakı “26 land”da bir xanımla mübahisə etdiyini təsdiqləmişdi.

*Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov  qəlyan çəkdiyi vəziyyətdə şəklini paylaşmışdı. 


*İntizamsızlığı ilə hər zaman diqqət mərkəzində olan "Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfovun siqaret çəkərkən görüntüsü 2018-ci ildə yayılmışdı.

Elə həmin ildə də Nəcəfov intizamsız davranışlarına görə "Sumqayıt"ın o dövürdəki baş məşqçisi Nazim Süleymanovun qərarına əsasən əsas komandadan qovulub və ikinci komandaya göndərilmişdi. 
 Azərbaycanlı futbolçunun siqaret çəkərkən FOTOSU

 

*Futbol üzrə Azərbaycan millisinin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.


*2017-ci ildə "Atletiko” və "Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşən Kamil Zeynallı qalmaqallı paylaşımı ilə gündəmə gəlmişdi. 

 "Qarabağ” futbolçuları ilə Madridə yola düşən K.Zeynallı  "Instagram" vasitəsilə canlı yayım açarkən "Məhəmməd Maqa” adlı istifadəçini ona qarşı xoşagəlməz rəylər yazdığı üçün ağır söyüşlərlə təhqir etmişdi. 

*2019-cu ildə Qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova xuliqanlıqda ittiham edilmişdi. O  küçədə qadına hücum etməsi ilə gündəmə gəlmişdi. 

Günay Zeynalova adlı qadın avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Günaya hücum edib. Bu barədə Günay Zeynalova açıqlama vermişdi. 

Hətta hadisədən sonra  Məryəm Cəbrayılova barəsində cinayət işi başlanılmışdı. 

Boksçu Məryəm Cəbrayılova xuliqanlıqla ittiham edildi - Günün Səsi