Zaqatala Olimpiya Kompleksinin stadionun istismar müddətinin başa çatdığı deyilir. 

İddiaya görə, kompleksdəki stadionun vəziyyətinin bərbad hala düşüb. İstismar müddəti 5 illik olan örtük çoxdan dəyişdirilməli olduğu halda bunu edən yoxdur. Stadion gənclər və idman nazirliyinin balansındadır. Nazirliyin bunun üçün vəsaiti yoxdur. (rekord.az)

Zaqatala Olimpiya Kompleksinin direktoru Samir Rəhimov Unikal.org-a açıqlamasında stadionun axırıncı dəfə 8 il bundan öncə təmir olunduğunu etiraf etsə də bərbad hala düşmədiyini deyib:

"Stadion 2013-2014-cü ildə təmir olunub. Qazon normal vəzoyyətdədir. Həta birinci liqa oyunları bizim stadionda keçirilir. Əgər vəziyyət ürəkaçan olmasa idi AFFA həmin oyunları bizim stadionda keçirilməsinə icazə verilməzdi". 

Kompleksin direktoru  ümumi təmirlə bağlı nazirliyə müraciət ediyini deyib:

"Düzdür təmirlə bağlı Gənclər və İdman Nazirliyinə müraciət etmişik. Nazirlik təmir olunacağını desə də, hələ vaxt bildirməyib". 

Günay Fərəcova