Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Unikal.org xəbər verir ki, “qara qartallar”ın futbolçusu Cenk Tosun zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqanın 34-cü turunun “Ərzurumspor”la oyununda zədələnən Tosunun sağ dizi çıxıb.
29 yaşlı hücumçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.
Cenk bu mövsüm Super Liqada 3 oyunda 3 qol vurub.