AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org-un məlumatına görə, yığıncaqda Premyer Liqanın XXII turunda baş verənlər müzakirə olunub.

“Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimə olunub.
“Səbail”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Sabah”ın da cəzası eyni olub. “Səbail”in oyunçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimələnib.

“Keşlə” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat ödəyəcək. Qəsəbə təmsilçisi öz meydanında keçirdiyi matçda stadiona gələrkən gecikdiyi üçün daha 800 manat cərimə olunub.