“Fənərbaxça”nın ulduz futbolçusu Məsut Özil komanda alıb.
Unikal.org xəbər verir ki, Meksikada böyük pərəstişkar kütləsinə malik olan Almaniya millisinin sabiq üzvü məhz həmin ölkə təmsilçisi “Nekaksa”nın səhmlərinə yiyələnib.
Hazırda Meksika çempionatının son pilləsində qərarlaşan klubun şərikləri arasında məşhur aktrisa Eva Lonqoriya və model Keyt Apton da var. Kluba yatırım edən 33 yaşlı yarımmüdafiəçi artıq “Nekaksa”nın səhmdarlarından biridir.
Qeyd edək ki, Meksika çempionatını təkcə ABŞ-dan 40 milyon azarkeş izləyir.