Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzadılma məsələsinə münasibət bildirib.
Unikal.org ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.
Braziliyalı oyunçu Parisdə xoşbəxt olduğunu söyləyib: "PSJ ilə müqavilənin uzadılması artıq problem deyil. Parisdə özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən də xoşbəxtəm".
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.