Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.
Unikal.org xəbər verir ki, son oyun günündə gerçəkləşən iki qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
"Mançester Siti" doğma meydanında olduğu kimi səfərdə də "Borussiya Dortmund”a 2:1 hesablı qələbə qəzanıb.
Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniyanın "Real Madrid" klubları arasında baş tutub. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən “kral klubu” cavab görüşündə qolsuz heç-heçə edərək qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına adlayıb.
Qeyd edək ki, yarımfinal mərhələsində “Paris Sen-Jermen” - “Çelsi” ilə, “Mançester Siti” isə “Real Madrid” komandası ilə qarşılaşacaq. Həmin görüşlərin ilk oyunları aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.