İtaliyanın “Roma” klubunun futbolçusu Kris Smollinqin evi qarət olunub.

Unikal.org-un məlumatına görə, hadisə bu gün səhər saat 5-ə yaxın baş verib.

Hamının yatdığı vaxt üç silahlı şəxs evə daxil olub. Cinayətkarlar Smollinqi seyfi açmağa vadar edib. Onlar seyfdə olan bütün qiymətli əşyaları götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Roma”nın baş məşqçisi Paulu Fonsekanın da evi qarət olunmuşdu.
Roma star Chris Smalling & family 'held at GUNPOINT as robbers target home  in Italy'