Yunan-Roma üzrə olimpiya mükafatçısı, dünya çempionu Rəsul Çunayev "instagram" hesabındakı paylaşımları silib. Sosial şəbəkələrdə daim aktiv olan idmançının belə bir addım atması diqqətlərdən yayınmayıb.
R.Çunayev bununla bağlı Unikal.org-a açıqlama verib.
O bildirib ki, şəkilləri silməyib, arxivə atıb. Dünya çempionu, lisenziya turnirindən sonra yenidən sosial şəbəkədəki hesabını yenidən aktivləşdirəcək.
Qeyd edək ki, Rəsul Çunayevin 345 mindən çox izləyisi var. O "İnstagram"da ən çox izləyicisi olan idmançılardandır.