Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.