Çinin cənubundakı Şençjen şəhərində 70 mərtəbəli göydələn silkələnməyə başladığı üçün boşaldılıb. 

Unikal.org xəbər verir ki, Texnoloji mərkəzi olan SEG Plaza və ətrafında minlərlə insan sürətlə bölgədən uzaqlaşdırlıb. 

Silkələnmənin səbəbi araşdırılır. Qeyd edək ki, 20 illik bina 300 metrdən çoxdur. İçəridə bir çox iş yeri və üstündə vertolyot meydançası var.