Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Koroğlu Rəhimov küçəsində iki “BMW” markalı avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə avtomobili cəlb edilib.(report.az)