Şirvan rayonunda küçədən kişi meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Şirvanda H.Əliyev prospektində yerləşən əvvəllər peşə təhsili kimi fəaliyyət göstərən tikilinin ərazisində kişi meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan Rayon Xəstəxanasının morquna yerləşdirilib. Müəyyən edilib ki, meyit səfil həyatı sürən Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğludur.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.