Rusiya Prezidenti Vladimir Putin 16 iyunda keçiriləcək ABŞ-Rusiya zirvəsi zamanı İsveçrə səlahiyyətliləri ilə protokol görüşündən imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə “Tribune de Genève” nəşri Cenevrə bələdiyyə başçısı Frederik Perleyə istinad edərək məlumat verib.
Onun sözlərinə görə, kanton rəhbərliyi görüşə hazırlaşsa da, Rusiya nümayəndə heyətinin istəyi ilə razılaşmalı olacaq.
***09:45
İsveçrənin xarici işlər naziri İqnasio Kassis ölkə Prezidenti Qi Parmelanla birgə Rusiya lideri Vladimir Putin bu gün Cenevrə şəhərində görüşəcəklər.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş amanı Qarabağda və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini söyləyib.
"Biz Dağlıq Qarabağla əlaqədar məsələləri qaldıracağıq, əlbəttə ki, Ukraynadan da danışacağıq", - Kassis deyib. XİN rəhbəri əlavə edib ki, Qarabağ münaqişəsində sülh Rusiya sayəsində əldə olunub.