İspaniyada vergidən yayınma ittihamı ilə tutularaq ABŞ-a ekstradisiya edilən texnika dünyasının milyarderi Con Makafi həbsxanada ölü tapılıb.
Unikal.org xəbər verir ki, 75 yaşlı amerikalı kompüter proqramçısının ölüm səbəbi məlum deyil. Mühafizəçilər səhər saatlarında Conun cansız cəsədini həbsxana kamerasında tapıblar. Onun intihar etdiyi bildirilir.
Antivirus istehsalçısı olan Con Makafi 2019-cu ildə ABŞ rəsmilərindən ölüm təhdidi aldığını bildirmişdi. Hətta o, bununla bağlı sağ qoluna döymə etdirərək: "Bir gün ölü tapılsam, bilin ki, öldürüldüm. Bunu anlamaq üçün sağ qoluma nəzər yetirin. ABŞ rəsmiləri məni ölümlə təhdid edir".
Belə ki, John ölümünü əvvəlcədən qeyd edərək, cinayətkarları cəzasız qalmamasını istəyib. Qeyd edək ki, amerikalı antivirus istehsalçısı olan Con Makafi məşhur kompüter bilicilərindən biri idi. O, bununla texnika dünyasının zəngin simalarından biri olub.