Kanadanın Saskaçevan ştatında internat məktəbinin həyətində yüzlərlə cəsəd aşkarlanıb.
Unikal.org xəbər verir ki, məktəbin həyətində yüzlərlə uşağın qalıqları tapılıb. Hökumət bu barədə məlumatı təsdiqləyib.
Ştatın rəisi Bobby Cameronun açıqlamasında ərazidə Kanadada indiyə qədər tapılan ən böyük məzarlıq olduğunu vurğulayıb. Məktəbin həyətində araşdırmalar aparılır.
Qeyd edək ki, bundan əvvəl Kamlopps şəhərindəki internat kilsə məktəbinin həyətində 215 uşağın qalıqlarını ehtiva edən qeydiyyatsız qəbirlər aşkar edilmişdi.