Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan “Manax” ləqəbli Artur Ayvazyan həbs edilib.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Ayvazyan iyunun 20-də saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Onun vəkili Ara Zakaryan daha əvvəl bildirib ki, Ayvazyan müddətsiz aclıq aksiyasına başlayıb. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı siyasi təqiblər aparıldığını düşünür.

O, xuliqanlıqda ittiham olunur.