Türkiyənin İstanbul şəhərində yaşayan H.Ç. adlı şəxs xəyanətlə üzləşib.
Unikal.org xəbər verir ki, 3 uşaq atası olan kişi arvadının ona xəyanət etməsindən sonra yollarını ayırıb. Belə ki, N.Ç. adlı qadın ərinə xərçəng olduğunu deyərək, 8 il müddətində evindən, ailəsindən ayrı yaşayıb.
Qadın həmin müddətdə sevgilisi ilə birlikdə olub. Xərçəng xəstəsi olduğunu bildirərək, ərindən dərman üçün aldığı pulları isə sevgilisi ilə istirahətə xərcləyib. 8 ildən sonra ortaya çıxan həqiqətlərdən sonra kişi arvadını məhkəməyə verərək, onu boşayıb. 3 uşaq ansı olan qadın övladlarından da məhrum olub. Bundan əlavə kişi həyat yoldaşına dava açaraq, ondan 40 min TL təzminat istəyib.