Ucar sakinini elektrik cərəyanı vurub.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Müsüslü kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, 4 uşaq atası olan N.Ağayevi su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyərkən elektrik enerjisi ilə ehtiyatsız davranıb və onu cərəyan vurub.

Fakt araşdırılır.